
Bakı. Trend:
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında 7
qol vurulub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “Neftçi” – “Qarabağ” matçında (0:4) dörd,
“Zirə” – “Qəbələ” görüşündə (2:1) üç qol vurulub.
Bu, son 15 mövsüm üçün yarımfinalın ən yüksək məhsuldarlığıdır.
Daha çox qola 2008/09 mövsümündə təsadüf olunub.
Həmin vaxt yarımfinalın ilk qarşılaşmalarında 8 qol qeydə
alınıb. “Qarabağ” səfərdə “Bakı”nı 2:1, “İnter” evdə “Qəbələ”ni 5:0
hesabı ilə məğlub edib.





























