Advertisement

UEFA-dan “Qarabağ”a 1,7 milyon avro

Bakı. Trend:

“Qarabağ” UEFA-dan növbəti ödənişi alıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.

UEFA tərəfindən Ağdam təmsilçisinə 1 milyon 700 min avro
ödənilib. Bu vəsait Avropa Liqasının play-off mərhələsinə vəsiqə
qazanması və 1/8 final mərhələsinə yüksəldiyi üçün ayrılıb. Bu
maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına
köçürülüb.