Advertisement

Hidayət Heydərov “üçlüy”ə yüksəlib – Trend.Az

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə
Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, aprel üçün müəyyənləşən siyahının ilk
“üçlüy”ündə dəyişiklik olub.

Cədvələ yenə bədii gimnast Zöhrə Ağamirova başçılıq edir. Onun
aktivində 610 xal var.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci (580
xal) yerdə qərarlaşıb. Üçüncü pilləni isə cüdoçu Hidayət Heydərov
ələ keçirib – 365 xal. O, kişi idman gimnastikası üzrə Dünya
kubokunun qalibi Nikita Smirnovu (430 xal) qabaqlayıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman
Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır.
Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5
kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun
olaraq xallar hesablanır.