Bakı. Trend:
İngiltərə Premyer Liqasının 31-ci turunun son oyunları məhsuldar
keçib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, iki qarşılaşmada qapılara 10 qol vurulub.
“Liverpul” öz meydanında qələbə qazanaraq, lider mövqeyini geri
qaytarıb. “Qırmızılar” “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub
ediblər.
“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmayıb.
“Zadəganlar” ilk 20 dəqiqədə 2:0 hesabı ilə önə keçsələr də,
“qırmızı şeytanlar” geridönüş edərək 3 qol vurublar. Amma əsas
vaxta əlavə olunmuş dəqiqələrdə “Çelsi” 2 qol vuraraq, 4:3 hesabı
ilə qalib gəlib.
Londonluların heyətində Palmer het-trik edib. O, 90+10-cu və
90+11-ci dəqiqələrdə həlledici qolları rəqib qapısından
keçirib.
İngiltərə Premyer Liqası
31-ci tur
“Liverpul” – “Şeffild Yunayted” – 3:1
“Çelsi” – “Mançester Yunayted” – 4:3




























