Advertisement

Messi Paris Olimpiadasına gedir – Trend.Az

Bakı. Trend:

Argentinalı ulduz Lionel Messi Paris-2024 Yay Olimpiya
Oyunlarında iştirak edə bilər.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə argentinalı jurnalist məlumat
yayıb.

Reqlamentə görə, Olimpiya yığmasında yaşı 23-dən yuxarı 3
futbolçu oynaya bilər. Millinin baş məşqçisi Xavyer Masçerano Messi
ilə yanaşı qapıçı Emiliano Martines və müdafiəçi Nikolas Otamendini
heyətə cəlb etmək arzusundadır. “İnter Mayami”də çıxış edən Lionel
bu təklifdən imtina etməyib.

Qeyd edək ki, dünya çempionu Messi Argentina yığmasının
heyətində Olimpiada-2008-in qalibi olub.