
Bakı. Trend:
Qazaxıstan, Azərbaycan və Gürcüstan tərəfindən yaradılmış Orta
Dəhliz vasitəsilə nəqliyyat əlaqəsinin vahid operatoru olan “Middle
Corridor Multimodal” şirkətinin tərkibinə sonradan Türkiyə də daxil
ola bilər.
Bu barədə Trend-ə Qazaxıstanın nəqliyyat nazirinin müavini
Satcan Ablaliyev deyib.
“”Middle Corridor Multimodal” şirkəti 2023-cü ilin sonunda
Astana Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçib. Hazırda
şirkətin rəsmiləşdirilməsi prosesi gedir. 2024-cü ilin sonunda hər
üç ölkənin Orta Dəhlizdə vahid nəqliyyat operatoru olan bu şirkət
rəsmi olaraq öz işinə başlayacaq ki, bu da Orta Dəhlizin
fəaliyyətinin effektivliyində birmənalı olaraq müsbət əksini
tapacaq. Nəticədə bu şirkətə Türkiyəni də daxil etmək istəyirik”, –
Ablaliyev deyib.
Onun sözlərinə görə, Türkiyənin “Middle Corridor Multimodal”
şirkətinin fəaliyyətində iştirakı məntiqlidir, elə ki,
“Bakı-Tbilisi-Qars” dəmir yolu marşrutunun ötürücülük
qabiliyyətinin genişləndirilməsi başa çatmaq üzrədir (ildə 1 milyon
ton yükdən 5 milyon tonadək artım) və bu fakt Orta Dəhliz üçün çox
önəmlidir, çünki Türkiyədən/Türkiyəyə yükdaşımaların, həmçinin
Avropa və Çindən daşınan yüklərin Türkiyə vasitəsilə tranzitinin
artması ilə bağlıdır.
Qeyd edək ki, 2024-cü ildə Orta Dəhliz özünün 10 illiyini qeyd
edib.
2023-cü ildə dəhliz vasitəsilə 2,75 milyon ton yük keçib, bu ilə
olan planlar 4 milyon tondan çoxdur.
Bir neçə il sonra Orta Dəhliz Xəzər dənizi vasitəsilə ildə 10
milyon ton yük daşımasını təmin edə bilər.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























