
Bakı. Trend:
2024-cü ilin 1-ci rübü ərzində Energetika Nazirliyinin “Çağrı
Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1319 zəng qəbul edilib.
Daxil olan zənglərin 1137-si elektrik və istilik enerjisi, təbii
qaz təchizatı, 87-si təşəkkür xarakterli, 95-i isə digər
məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə
alınaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər
aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli
qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların
nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin
səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı
Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.
“Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar
Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün
mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə
bilərlər.



























