
Bakı. Trend:
Azərbaycanın tamblinq yığması Avropa çempionu titulunu
qazanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, gimnastlarımız bu uğura Portuqaliyanın
Gimaraynş şəhərində keçirilən qitə çempionatında nail olublar.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan
ibarət milli komanda yarışında bütün rəqiblərindən güclü olub.
Yığma Böyük Britaniya, Danimarka kimi güclü rəqibləri arxada
qoyub.
Qeyd edək ki, Azərbaycan tamblinq komandası ötən il Birminhemdə
keçirilən dünya çempionatının da qalibi olub.





























