
Bakı. Trend:
“Qarabağ” klubu futbolçusu Abdullah Zubirə yeni müqavilə təklif
edib.
Trend xəbər verir ki, Ağdam təmsilçisi aparıcı oyunçusunu
buraxmaq fikrində deyil.
Fransalı yarımmüdafiəçinin Azərbaycan çempionu ilə hazırkı
sözləşməsinin müddəti bu mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”da
çıxış edir.





























