
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə,
indiyədək ölkə ərazisində 97 min 192 ədəd belə NKA
quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına
və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Cari ilin
yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə
alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü
ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.
.



























