Advertisement

Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında
işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü
ilə müqayisədə 9 % artaraq 1 milyon manatdan çox olub.

Bu barədə Trend İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə
daxilolmalar isə 28,9 % artıb və 7,3 milyon manatı keçib.