
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 281,5
milyon manat vergi daxil olub.
Trend quruma istinadən xəbər
verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.
Rüblük daxilolmaların 2 milyard 914,2 milyon manatı
qeyri-neft-qaz sektorundan toplanılıb ki, bu da 1 il əvvələ
nisbətən 11,3 % çoxdur.



























