Advertisement

Naxçıvanda vergi daxilolmaları artıb – Trend.Az

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə
dövlət büdcəsinə 45,8 milyon manat vergi daxil olub.

Bu barədə Trend quruma
istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24,8 % və
yaxud 9,1 milyon manat çoxdur.

I rübdə Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 116,1 % icra
edilib.