
Bakı. Trend:
Ziraat Bank Azərbaycan seyf qutusu xidmətini göstərən
filiallarının sayını artırıb.
Qiymətli əşyaların və vacib sənədlərin təhlükəsizliyi üçün
istifadə olunan əsas vasitələrdən biri seyf qutuları xidmətini,
Ziraat Bank Azərbaycan artıq yeni açılmış filialında da
müştərilərinə təqdim edir. Bayram günlərində bu xidmətin vacibliyi
artmaqdadır. Müştərilər seyf qutuları xidmətindən istifadə edərək,
qiymətli əşyalarını və sənədlərini qabaqcıl nəzarət sistemləri ilə
təchiz edilmiş və 24/7 mühafizə edilən seyflərdə, tamamilə
təhlükəsiz şəkildə saxlaya bilərlər.
Seyf qutusu xidməti Ziraat Bank Azərbaycanın Müştəri Xidmətləri
Departamenti və 2023-cü ilin dekabr ayının sonunda açılan yeni
Babək filialında müştərilərə təqdim edilir. Seyflərin icarə müddəti
və ölçülərindən asılı olaraq, tariflər 25-50 AZN arası dəyişir.
Bank seyflərini icarə müddəti isə 1 aydan 12 ayadəkdir. Bankın seyf
qutuları xidməti ilə bağlı əlavə məlumat üçün, müştərilər Bankın
rəsmi saytına keçid edə bilərlər: https://ziraatbank.az/az/ferdi-seyf-qutulari
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



























