
Bakı. Trend:
19 yaşadək qadın futbolçular arasında AVRO-2025-in seçmə
mərhələsində növbəti oyunlar keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Azərbaycan millisi II turun matçına
çıxıb.
Oyunları Latviyada keçirilən B liqasının 4-cü qrupunda mübarizə
aparan Həbib Ağayevin yetirmələri Bolqarıstanla qarşılaşıblar. İlk
oyununda Monteneqroya 0:4 hesabı ilə uduzan millimiz bu dəfə də
meydandan xalsız ayrılıb.
Qeyd edək ki, II turun digər matçında Monteneqro Latviya ilə
üz-üzə gələcək.
19 yaşadək qızlar arasında AVRO-2025-in seçmə
mərhələsi
B liqası, IV qrup
II tur, 6 aprel
14:00. Bolqarıstan – Azərbaycan – 1:0
Qol: Preslava Yordanova, 11
|
1 |
Bolqarıstan |
2 |
2 |
0 |
0 |
5-1 |
6 |
|
2 |
Monteneqro |
1 |
1 |
0 |
0 |
4-0 |
3 |
|
3 |
Latviya |
1 |
0 |
0 |
1 |
1-4 |
0 |
|
4 |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
0-5 |
0 |





























