
Bakı. Trend:
Qadın güləşi üzrə Azərbaycan millisi Avropa Olimpiya Təsnifat
Turnirini lisenziyasız başa vurub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarımfinala yüksələn yeganə təmsilçimiz
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarının bir addımlığında
büdrəyib.
50 kq çəkidə çıxış edən 1/4 finalda Qabija Dilyute (Litva)
üzərində 10:0 hesablı qələbə qazanan Mariya Paris-2024-ə vəsiqə
verən yarımfinalda Oksana Livaça (Ukrayna) məğlub olub – 2:4.
Ona qədər digər güləşçilərimiz də lisenziya qazana bilməyiblər.
Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova
(68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda
mübarizəni dayandırıb.
Qeyd edək ki, aprelin 5-də keçirilən yunan-Roma güləşi
yarışlarında da millimiz günü lisenziyasız başa vurub. Sabah isə
sərbəst güləşçilər xalçaya çıxacaqlar.





























