Advertisement

Boksçumuz Avropa birinciliyində 1/8 finala yüksəlib

Bakı. Trend:

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa
birinciliyi davam edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan
millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa
vurub.

57 kq-da Məhəmmədli Aşırəliyev 1/16 finalda Françesko Krusillanı
(İtaliya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz
yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib
gəlib.

O, növbəti görüşünü aprelin 9-da irlandiyalı Martin Makdonaha
qarşı keçirəcək.

Aşırəliyevdən fərqli, Məhəmmədəli Qasımzadə (60 kq) yarışla
vidalaşıb. O, Cemmal Mohamed Ali Camelə (Fransa) 2:3 (28:29, 30:27,
29:28, 28:29, 27:30) hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun
vurulacaq.