Advertisement

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Liverpul”la heç-heçə edib

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi
qarşılaşması keçirilib.

Trend-in
məlumatına görə, “Mançester Yunayted” öz meydanında turnir
cədvəlinin lideri “Liverpul”la qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin
heyətində Bruno Fernandeş və Mayno fərqləniblər. Qonaqların
qollarına isə Diaz və Salah imza atıblar.

Beləliklə, 31 turdan sonra hesabında 71 xal olan Liverpul ikinci
pilləyə enib. Onunla eyni xal toplayan “Arsenal” isə zirvəni ələ
keçirib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Mançester
Siti”nin hesabında 70 xal var.