Advertisement

“Fənərbağça” Superkubokun finalında meydanı tərk edib

Bakı. Trend:

Türkiyə Superkubokunun finalında “Qalatasaray” – “Fənərbağça”
matçı baş tutmayıb.

Trend İdman.biz-ə xəbər
verir ki, “Fənərbağça” oyunu yarımçıq tərk edib.

Türkiyə Futbol Federasiyasının qərarları ilə razılaşmayan
“Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. 1-ci dəqiqədə
“Qalatasaray” hesabı açdıqdan sonra “sarı lacivərdlilər” meydanı
tərk ediblər.

Qeyd edək ki, TFF oyunun nəticəsi ilə bağlı qərar verəcək.