Advertisement

Bu ilin birinci rübündə 44 milyona yaxın sərnişin Türkiyənin hava yollarından istifadə edib

Bakı. Trend:

Bu ilin birinci rübündə 23 milyondan çoxu xarici reyslər
olmaqla, ümumilikdə 44 milyona yaxın sərnişin Türkiyənin hava
yollarından istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
14,4 faiz çoxdur.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur
naziri Abdulkadir Uraloğlu bildirib.

Mart ayı üzrə statistik rəqəmlərə toxunan nazir deyib ki,
Türkiyənin hava limanlarına ay ərzində daxili relslərlə eniş və
qalxış edən təyyarələrin sayı 67 min 539-a, beynəlxalq marşrutlarda
isə 54 min 922-yə yüksəlib. Türkiyənin hava sahəsindən istifadə
edən təyyarələr də daxil olmaqla martda ölkə üzrə ümumilikdə 165
min 329 uçuş qeydə alınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə
müqayisədə 10,6 faiz çoxdur.

O, Türkiyənin hava yolları vasitəsilə yükdaşımanın 1 milyon 966
tona çatdığını deyib.