Advertisement

Unibank taksi sürücüləri üçün xüsusi kampaniya keçirir

Bakı. Trend:

Unibank POS-terminal
xidmətinə qoşulan taksi sürücüləri üçün çox sərfəli kampaniya
keçirir. Taksi sürücüləri onlayn
UPOS xidmətinə
həm çox rahatlıqla, həm də mayın 31-dək 0 %
komissiya ilə qoşulacaqlar. Məlumatları xidmətə daxil edən zaman
taksi fəaliyyəti göstərən sahibkarlar vergi xidmətindən aldıqları
virtual obyekt kodunu da əlavə etməlidirlər.

Qeyd edək ki, UPOS -ödənişləri mobil telefon
vasitəsilə qəbul etmək üçün yaradılan POS-terminal xidmətidir.

UPOS-un əsas üstünlükləri:

Əlavə POS-terminal cihazına ehtiyac yoxdur;

7/24 onlayn şəkildə qoşulma imkanı;

Asanlıqla daşınabilən mobil cihazlardan istifadə edirsiniz;

Xidmət haqqı və aylıq ödəniş tələb olunmur.

UPOS-a qoşulmaq da çox asandır. Xidmətə
istənilən vaxt qoşula bilərsiniz. Telefonunuzdakı UBank Biznes
mobil əlavəsinə daxil olaraq, “UPOS” bölümündə ümumi məlumatları
daxil edib, ödənişləri qəbul edəcəyiniz hesabı seçirsiniz. Elektron
müqaviləni imzaladıqdan sonra sorğu tamamlanır və bankın təsdiqinin
ardınca ödənişləri istər öz mobil cihazınızda, istərsə də
seçiminizə uyğun digər əməkdaşlarınızın mobil cihazlarından qəbul
edə biləcəksiniz.

Xidmət haqqında ətraflı bankın saytından (https://unibank.az/az/corporatemenus/585/upos)
məlumat almaq olar.

Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə
etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”,
16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”,
“Əhmədli”, “Əcəmi” filialları, “Unibank- biznes mərkəzi”, “Sədərək”
Biznes Mərkəzi, eləcə də “Unibank”ın bölgə filialları
xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri
haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın
saytından (https://www.unibank.az/az/corporate/index)
əldə etmək olar.

Unibank – Sənin Bankın!