
Bakı. Trend:
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu klubun mətbuat xidməti
açıqlayıb.
Mütəxəssislə bu gün müqavilə imzalanıb, ardınca klub rəhbərliyi
tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi
ilk məşqinə çıxarıb.
Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və
Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.
Qeyd edək ki, Baxşıyev futbolçu karyerası ərzində “Xəzər
Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ”
klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində
30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran
mütəxəssis Azərbaycan kubokunun qalibi olub.





























