
Bakı. Trend:
Ötən il Hesablama Palatası analitik fəaliyyətə 3,623 milyard
manat yönləndirib.
Trend xəbər
verir ki, bu barədə Hesablama Palatanın sədri Vüqar Gülməmmədov
2023-cü il ərzindəki fəaliyyətin yekunlarına və gələcək hədəflərə
həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Hesablama Palatasının 2021-2025-ci illər
üzrə strateji planın ilkin yekun nəticələri dövlətin maliyyə
vəsaiti üzrə hesabatlılığın və fiskal məsuliyyətinin
gücləndirilməsi, eləcə də nəticələr əsasında büdcə islahatlarının
daha yaxşı həyata keçirilməsindən ibarətdir.
“2023-cü ildə Hesablama Palatası analitik fəaliyyətə 3,623
milyard manat yönləndirib. Ötən il dörd təhlil aparılıb. Defisit
məbləği 1,971 milyard manat olub. Büdcəyə dəyən zərər 103,2 milyon
manatdır”, – o deyib.
Xəbər yenilənəcək
(Tərcümə: Rəna Əbdürəhmanova)



























