Advertisement

Hesablama Palatası Naxçıvanda 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb

Bakı. Trend:

Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama
zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb.

Trend xəbər
verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
2023-cü il ərzindəki fəaliyyətin yekunlarına və gələcək hədəflərə
həsr olunan mətbuat konfransında deyib.

“Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 6 yoxlama
zamanı 123,3 milyon manat dəyərində pozuntular aşkarlayıb. Qeyd
olunan vəsaitin 5,6 milyon manatı əməyin ödənilməsi, 14,7 milyon
manat qeyri-əmtəə əməliyyatları, 8,5 milyon manat kənd təsərrüfatı
sahəsində subsidiyalar, 94,5 milyon manat isə digər maliyyə
pozuntuları ilə əlaqədar olub”, – o deyib.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun