
Bakı. Trend:
İngiltərənin “Everton” klubu növbəti dəfə xal cəzasına məruz
qalıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin hesabından
daha 2 xal silinib.
Buna maliyyə qaydalarının pozulması səbəb olub. Cəza 2022/23
mövsümündə bitən üçillik dövrdəki maliyyə fəaliyyətinə görə
verilib.
Bu klubun ilk cəzası deyil. Cari mövsüm “Everton”dan 10 xal da
silinib. Klubun apelyasiyasından sonra həmin cəza 6 xala
endirilib.
Qeyd edək ki, “Everton” 27 xalla 16-cı pilləyə yuvarlanıb.





























