Advertisement

Boksçumuz Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb

Bakı. Trend:

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa
birinciliyi davam edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan
millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa
vurub.

Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kq
çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb.
Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov
1/4 finala yüksəlib.

Zidan növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad
Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Arturs Vayslaya
(Latviya) uduzub.

Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun
vurulacaq.