Advertisement

“Mançester Siti” Paketa ilə razılaşıb

Bakı. Trend:

“Mançester Siti” Lukas Paketa ilə uzun müddətli razılıq əldə
edib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat
yer alıb.

Məlumatda braziliyalıl futbolçunun çıxış etdiyi “Vest Hem”lə
danışıqlara start verilmədiyi bildirilib. “Şəhərlilər” Paketa ilə
müqavilənin detallarını razılaşdırıblar. 26 yaşlı yarımmüdafiəçi bu
mövsüm 36 matçda forma geyinib. Onun transfer qiyməti 65 milyon
avro dəyərləndirilir.

Qeyd edək ki, “Mançester Siti” hələ ötən mövsümdə Lukasın
transferində maraqlı idi. Sadəcə, braziliyalı futbolçunun adının
pul qoyuluşunda hallanması onları geri addım atmağa vadar
etmişdi.