Advertisement

Braziliyalı futbolçu “Yuventus”da – Trend.Az

Bakı. Trend:

“Yuventus” braziliyalı yarımmüdafiəçi Felipe Andersonla müqavilə
bağlamağa çox yaxındır.

Trend İdman.biz
istinadən xəbər verir ki, “Latsio”da çıxış edən futbolçu yayda
sərbəst qalacaq.

Turin klubu artıq Andersona rəsmi müqavilə təklif edib.
Braziliyalı futbolçunun yaxın günlərdə razılaşmanı imzalayacaq.
Hələlik, müqavilənin detalları barədə açıqlama verilməyib.

Qeyd edək ki, Felipe 2023/2024 mövsümündə 43 oyun keçirib, 3 qol
və 7 ötürmə edib.