
Bakı. Trend:
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 1,39 ABŞ dolları, yaxud 1,47 % azalaraq 93,33 ABŞ
dolları təşkil edib.
Trend xəbər verir ki, “Brent” markalı neftin may fyuçerslərinin
qiyməti 90,56 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta
qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci
il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci
ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



























