Advertisement

Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək

Bakı. Trend:

10-14 aprel qeyri-iş günlərində ölkədəki bankların filial və
şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus
“Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri
fəaliyyət göstərəcəklər.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat
yayıb.

Bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan
turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə
davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17
bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi
24 saat rejimində olmaqla), “Azərpoçt”un 68 şöbəsi, valyuta
mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o
cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət
göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və
şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi
məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış
olmaq mümkündür:

https://uploads.cbar.az/press-releases/3b3aeb3e1ef61ca1c86aec167.pdf

https://uploads.cbar.az/press-releases/c0b0ae4c35422b6b79d86a1f4.pdf

https://uploads.cbar.az/press-releases/f92afe9000f421688adadd472.pdf