
Bakı. Trend:
2024-cü ilin mart ayında respublikada gündəlik neft (kondensatla
birlikdə) hasilatı 605 min barrel olub. Bunun 481 min barrelini xam
neft, 124 min barrelini kondensat təşkil edib.
Trend xəbər verir ki, bu barədə Energeti8ka Nazirliyi məlumat
yayıb.
Qeyd edilib ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı
iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün
Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil
edir.
Xəbər yenilənəcək



























