
Bakı. Trend:
Ötən il sürətli poçt xidməti üzrə 164 lisenziya verilib.
Trend xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya
Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair
illik hesabatında qeyd olunub.
Hesabat əsasən, Azərbaycanda poçt rabitəsi xidmətinə olan
marağın artmasını il ərzində açılan yeni poçt obyektlərinin sayında
da müşahidə etmək mümkündür.
“Belə ki, 2023-cü ildə sürətli poçt xidməti üzrə 164 ədəd
lisenziya (lisenziya əlavəsi) verilmişdir. Bununla da, ümumilikdə
qeyd olunan xidmət üzrə verilən lisenziyaların saylı 413-ə çatıb.
Agentlik lisenziya (lisenziya əlavəsi) üçün edilmiş müraciətlər
əsasında 40-dan çox obyektə baxış keçirmiş və müvafiq rəy verib.
Şəffaflığın təmin olunması və lisenziyalar barədə məlumatların
əlçatanlığını təmin etmək məqsədi ilə sürətli poçt xidməti üzrə
verilmiş bütün lisenziyaların (sürətli poçt xidməti üzrə) siyahısı
İKTA-nın vebsaytında dərc olunub. Həm vətəndaşlar, həm də poçt
rabitəsi operatorları bu barədə mediada paylaşılan xəbərlərlə
məlumatlandırılıb”, – deyə hesabatda qeyd olunub.



























