
Bakı. Trend:
2025-ci ildə qarışıq komandalar arasında Avropa çempionatı
Bakıda keçiriləcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bununla bağlı Avropa Badminton
Konfederasiyası (ABK) qərar verib.
2023-cü ildə ABK-nin Konqresini yüksək səviyyədə təşkil edən
Bakının ev sahibliyi yüksək qiymətləndirilib və Azərbaycan
paytaxtının artıq Avropanın badminton ailəsində əhəmiyyətli rol
oynadığı xüsusilə vurğulanıb. Həmçinin paytaxtımız kişi və qadınlar
arasında komandalar arasında qitə çempionatının seçmə mərhələsinin
bir etapının da yüksək səviyyədə təşkil olduğu qeyd olunub.
Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serre
bildirib ki, Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlıqları
çox məhsuldardır: “Yenidən Bakıya qayıdacağımızı səbirsizliklə
gözləyirik”.
Azərbaycan Badminton Federasiyası tərəfindən qitə çempionatına ev
sahibliyi baş katib Ramil Hacıyev qəbul edib.
Qeyd edək ki, Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra və Era
Maftuha hazırda davam edən Avropa çempionatında baş məşqçi Morteza
Validarvinin rəhbərliyi altında ölkəmizi təmsil edir.





























