
Bakı. Trend:
Niderland millisinin sabiq futbolçusu Robin van Persi
“Herenvern”in baş məşqçisi təyin edilə bilər.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, klub rəhbərliyi 40 yaşlı mütəxəssislə
danışıqlara başlayıb.
Ona Herenvenin eyniadlı klubunun baş məşqçisi postu təklif
olunub. Ardıcıl 5 oyundur qalib gələ bilməyən klubun rəhbərliyi van
Persinin baş məşqçi gətirilməsini istəyir. O, hazırda “Feyenoord”un
U-19 komandasına rəhbərlik edir.
Qeyd edək ki, “Herenven” hazırda 33 xalla Erediviziyanın turnir
cədvəlində 11-cidir.





























