
Bakı. Trend:
UEFA prezidenti Aleksandr Çeferin növbəti dəfə Superliqa ideyası
ilə bağlı danışıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, bu layihənin məhv olduğunu
açıqlayıb.
Çeferin heç kimin Superliqada oynamaq istəmədiyini iddia edib:
“De-fakto layihə dayanıb. Heç kim bu yarışı istəmir. Hamı ən yaxşı
turnirdə oynamaq arzusundadır. Baxın, Avroliqa basketbolla bağlı nə
edib. Bəzi şəxslər öz eqoları ilə hərəkət edirlər və başa düşmürlər
ki, kiçik ölkələrin inkişafı sayəsndə onların belə böyük klubları
var. Superliqa ideyası mənim üçün məhv olmuş və
əhəmiyyətsizdir”.
Qeyd edək ki, UEFA prezidenti öz açıqlamaları ilə “Real”ın
prezidenti Florentino Peresi hədəfə alıb.





























