
Bakı. Trend:
Çiro İmmobile “Latsio”nu tərk edə bilər.
Trend İdman.biz-ə xəbər
verir ki, onun “Napoli”nin forvardı Covanni Simeone ilə
dəyişdirilməsi mümkündür.
İtaliya mətbuatında “Latsio”nun yeni baş məşqçisi İqor Tudorun
Simeonenin xidmətində maraqlı olduğu bildirilir. Viktor Osimhenin
“Napoli”ni tərk edəcəyi gözlənilir və komandanın ikinci hücumçusunu
da buraxacağı real deyil. Çironun bu mövsüm zəif çıxış etməsi klub
rəhbərliyini ona əvəzedii axtarmağa vadar edib.
Qeyd edək ki, İmmobilenin Roma klubu ilə 2026-cı ilin yayına
kimi müqaviləsi var. O, hazırki mövsümdə 31 oyunda 3 qol və 1
ötürmə ilə yadda qalıb.





























