Advertisement

Nəyi deyiriksə, axıra kimi arxasında dayanırıq – Azər Bağırov (VİDEO)

Bakı. Trend:

Bu gün Premyer Liqa klubu ilə yanaşı, ölkə xaricində 1-ci
diviziondan təklif gəlsə, ikinci variantı seçərəm”.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu “İdman Bizdə” verilişinin qonağı
olan “Araz-Naxçıvan”nın sabiq üzvü Azər Bağırov deyib.

Mütəxəssis karyerasını ölkə xaricində davam etdirmək istədiyini
açıqlayıb:

“Gücümə bələdəm, özümü xaricdə də doğruldacağıma əminəm və bunu
sınamaq istəyirəm. Daha geniş qapıların açılmasını istəyirəm.
Düşünürəm ki, hər şey olar. Ölkə fərq etməz. Birinci diviziona
aşağı düşən klub olsun, amma köklü komanda olsun. Onu yüksəyə
qaldırmaq, daha da yaxşı səviyyəyə çatdırmaq mümkündür”.

Bağırov Azərbaycanın köklü klubu “Neftçi” və ya iddialı
“Sabah”dan belə təklif gəlsə belə xaricdə çalışmaq variantını daha
üstün tutduğunu deyib:

“Ata tərəfim gədəbəylidir. Nəyi deyiriksə, axıra kimi arxasında
dayanırıq. Ölkə xaricində 1-ci Diviziondan təklif gəlsə, gedərəm.
Həm Azərbaycanı layiqincə təmsil edərəm, həm də yol açaram ki,
uğura gedən yolda özümlə kimlərisə aparım. Bir futbolçunun xaricdə
işləməyi, ən azından 2 futbolçunun qırağa çıxması deməkdir.
Azərbaycanı yaxşı təmsilı etmək hər birimizin borcudur”.

https://www.youtube.com/watch?v=R0LBGJ7e4Ug