
Bakı. Trend:
3 aprel və 8 aprel tarixlərində “Norm” ASC tərəfindən müqəddəs
Ramazan ayı münasibətilə iftar süfrələri açılıb.
Tədbirlərə Mətbuat Şurasının rəhbərliyi də daxil olmaqla,
müxtəlif media orqanlarından qonaqlar dəvət olunub.
İftar tədbirləri boyunca şirkət nümayəndələri tədbir
iştirakçıları ilə söhbət edib, xoş niyyətlərini bölüşüblər.
Qeyd edək ki, şirkətin media mənsubları ilə səmimi münasibətləri
və həmrəyliyə verdiyi əhəmiyyət bu tədbirlərin artıq ənənə halını
almasına gətirib çıxarıb.
“Norm” ASC bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə
təbrik edir, bol ruzi-bərəkət və əminamanlıq arzu edir!



























