
Bakı. Trend:
İFFHS ayın ən yaxşı klublarının adlarını açıqlayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, siyahıya qurumun reytinq cədvəlində ən
çox xal qazanan 6 komanda yer alıb.
Martın ən yaxşısı “Milan” olub. İtaliya klubu ötən ay
reytinqdəki hesabına 56 xal yazdırıb. “Mançester Siti” ikinci,
“Bayer” üçüncü olub.
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” ötən ay İFFHS
reytinqində 12 xal qazanıb.
1. “Milan” – 56
2. “Mançester Siti” – 50
3. “Bayer” – 48
4. “Liverpul” – 47
5. “Borussiya” D – 44
6. PSJ – 43





























