
Bakı. Trend:
Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin 6
karateçisinin adı dəqiqləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarışa qatılacaq idmançılar şəxsi
görüşlər nəticəsində bəlli olub.
AKF-in vitse-prezidentləri Rəhman Hətəmov və Füzuli Musayevin də
izlədiyi sınaq döyüşlərinə əsasən Fərid Savadov (60 kq), Fərid
Ağayev (75 kq) Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq)
çempionata getmək hüququ qazanıblar.
Kata seçimlərində Ramilə Heydərova bütün rəqiblərini üstələyib.
Kişilərin yarışında isə ölkəmizi Roman Heydərov təmsil edəcək.
Qeyd edək ki, digər çəkilərdə yarışacaq yığma üzvlərinin
adlarına yaxın günlərdə keçiriləcək növbəti seçim görüşlərindən
sonra aydınlıq gələcək.





























