
Bakı. Trend:
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın
futbolçulardan ibarət milli komandaların siyahısı müəyyənləşib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Fransa paytaxtında 12 yığma mübarizə
aparacaq.
Olimpiadanın mükafatlarına Avstraliya, Braziliya, Kanada,
Kolumbiya, Fransa, Almaniya, Yaponiya, Yeni Zelandiya, Nigeriya,
İspaniya, ABŞ və Zambiya iddia edəcək. Futbol yarışlarına iyulun
24-də, Paris-2024-ün açılışından iki gün əvvəl start veriləcək.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunları iyulun 26-dan
avqustun 11-dək Parisdə keçiriləcək. Lakin futbol matçları digər
şəhərlər – Bordo, Marsel, Lion, Nant, Nitsa və Sent-Etyendə də baş
tutacaq.





























