
Bakı. Trend:
Şahmat üzrə İddiaçılar Turnirinin istirahət günündə qeyri-rəsmi
blits turniri keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Kanadaya Nicat Abasovun
sekundant-məşqçisi kimi yollanan Şəhriyar Məmmədyarov yarışda
iştirak edib.
O, turnirin qalibi olub.
Qeyd edək ki, Abasov İddiaçılar Turnirində 5 turdan sonra 1,5
xalla 7-ci pillədə qərarlaşıb.





























