
Bakı. Trend:
Səudiyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar klub
almağa hazırlaşır.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, “sambaçı” ilk olaraq formasını geyindiyi
Braziliya “Santos”unun sahibi ola bilər.
O, bunun üçün 130 milyon avrosundan keçməyə hazırdır. 2025-ci
ildə “Santos”a qayıdacağı gözlənilən Neymar karyerasını məhz bu
komandada bitirməyi də planlaşdırır.
Qeyd edək ki, Neymar zədələndiyi üçün bu mövsüm “Əl-Hilal”ın
heyətində cəmi 3 oyunda meydana çıxıb.





























