Advertisement

Bu il sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 7,8 faiz artıb

Bakı. Trend:

Bu il yanvar-mart aylarında neft-qaz sektorunda məhsul istehsalı
0,2 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 7,8 faiz
artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, sənaye
məhsulunun 64,5 faizi mədənçıxarma sektorunda, 29 faizi emal
sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.