
Bakı. Trend:
Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa
Kubokuna ev sahibliyi edəcək.
Trend xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi
təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş
tutacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu
bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə
kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında
populyarlaşdırılması baxımından mühüm rol oynayır.
O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz
peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində
iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol
oynayacağını vurğulayıb.
Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək
ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq
təlim-məşq toplanışı təşkil olunacaq.





























