
Bakı. Trend:
Şahmat üzrə İddiaçılar Turnirində VI turun oyunları
keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov
Rameşbabu Praqnanandja ilə görüşüb.
Təmsilçimiz bu matçı qara fiqurlarla keçirib. Nicat Kanadanın
Toronto şəhərində təşkil olunan turnirdə 3-cü məğlubiyyətini alıb.
“Ağlar”la heç-heçələri, “qaralar”la məğlubiyyətləri sıralayan
şahmatçımız üçüncü dəfə xalsız qalıb.
İddiaçılar Turniri
VI tur, 10 aprel
Dommaradju Qukeş – Hikaru Nakamura – 0,5:0,5
Vidit Santoş Qujrati – Alireza Firuzya – 1:0
Rameşbabu Praqnanandja – Nicat Abasov – 1:0
Yan Nepomnyaşi – Fabiano Karuana – 0,5:0,5
Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan),
Yan Nepomnyaşi (FİDE) – 4, 3. Fabiano Karuana (ABŞ) – 3,5, 4.
Rameşbabu Praqnanandja (Hindistan) – 3,5, 5. Vidit Santoş Qujrati
(Hindistan) – 3, 6. Hikaru Nakamura (ABŞ) – 3, 7-8. Alireza Firuzya
(Fransa), Nicat Abasov (Azərbaycan) – 1,5.
Qeyd edək ki, Abasov VII turda Santoş Qujrati ilə üz-üzə
gəkəcək. Təmsilçimiz I dövrədəki son matçını ağ fiqurlarla
keçirəcək.





























