Advertisement

Yanvar-mart aylarında Türkiyənin Gürcüstana avtomobil sənayesi məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 9,7 faiz azalaraq, 39,3 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Gürcüstana 12,2 milyon dollar
məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən
ilin mart ayı ilə müqayisədə 40,6 faiz azdır”, – deyə nazirlikdən
vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin
avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 6,1 faiz artaraq 9,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 3,2 milyard dollar məbləğində
avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart
ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə
35,5 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac
edib.