Advertisement

Azərbaycan badmintonçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Bakı. Trend:

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Almaniyanın
Saarbrükken şəhərində keçirilən Avropa çempionatında 1/4 finala
yüksəlib

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, o, Toma Junior Popovla qarşılaşacaq.

Edi mübarizəyə Bolqarıstan təmsilçisi Dimitar Yanakievlə start
verib. O, rəqibini 2:0 (21:10, 21:18) hesabı ilə məğlub edib.
Dviçayo növbəti mərhələdə Sloveniya badmintonçusu Miha İvançiçi
mübarizədən kənarlaşdırıb – 2:0 (21:13, 21:13)

Badmintonçumuz 1/4 finala yüksəlmək üçün danimarkalı Maqnus
Yohannesenlə qarşılaşıb. Edi güclü rəqibini 2:1 (21:19, 12:21,
21:19) hesabı ilə məğlub edib.