Advertisement

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”a məğlub olub

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk
oyunlarına start verilib.

Trend-in
məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi
“Fənərbağça” Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş
İstanbul nəhənginin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Eyni saatda Çexiyada “Viktoriya Plzen” İtaliya “Fiorentina”sı
ilə qolsuz heç-heçə edib.

Günün digər oyunlarında “Aston Villa” – “Lill”i, “Brügge” isə
PAOK-u sınağa çəkəcək. Hər iki görüş 23:00-da başlayacaq.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 18-də
keçiriləcək.