Advertisement

Amerikalı basketbolçu Kobi Brayantın forması 1,75 milyona satılıb

Bakı. Trend:

NBA-nın 5 qat qalibi Kobi Brayantın 2009-cu ilin final
seriyasında geyindiyi forma hərraca çıxarılıb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Los-Anceles Leykers”in ulduzunun forması 1,75
milyona satılıb.

Seriyanın ilk oyununda Brayant NBA finallarının rekord
nəticəsinə imza atıb. Kobi “Orlando Mecik”lə 40 xal topladığı
matçda geyindiyi forma rekord qiymətə satılıb. “Los-Anceles
Leykers” seriyanı 4:1 hesabı ilə üstün bitirib.

Qeyd edək ki, Brayant 2020-ci ilin yanvarında vertolyot
qəzasında dünyasını dəyişib.